...

Bakıda akrobatika və idman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatının ikinci günü keçirilir (FOTO)

Gündəm Materials 9 İyun 2019 12:52 (UTC +04:00)
İyunun 9-da Milli Gimnastika Arenasının köməkçi zalında akrobatika gimnastikası üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, həmçinin idman gimnastikası üzrə 26-cı Azərbaycan birinciliyi və Bakı çempionatının ikinci gününə start verilib
Bakıda akrobatika və idman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatının ikinci günü keçirilir (FOTO)

Bakı. Cani Babayeva - Trend:

İyunun 9-da Milli Gimnastika Arenasının köməkçi zalında akrobatika gimnastikası üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, həmçinin idman gimnastikası üzrə 26-cı Azərbaycan birinciliyi və Bakı çempionatının ikinci gününə start verilib.

Trend-in məlumatına görə, bu gün idman gimnastikası üzrə yarışlarda gimnastlar "körpələr" və "uşaqlar" yaş kateqoriyasında mübarizə aparacaqlar.

Akrobatlar isə kişi və qadın qrupları, qarışıq cütlüklər, qadın və kişi cütlükləri tərkibində "gənclər", "yeniyetmələr", "uşaqlar" və "körpələr" yaş kateqoriyasında mübarizə aparacaqlar.

Xatırladaq ki, ötən gün idman gimnastikası üzrə 26-cı Azərbaycan birinciliyi və Bakı çempionatında "böyüklər", "gənclər", "yeniyetmələr" və "uşaqlar" yaş kateqoriyalarında qaliblər müəyyən edilib.

Gimnastikanın hər iki növü üzrə yarışlarda ümumilikdə 100-ə yaxın idmançı Bakı Gimnastika Məktəbi, "Ocaq Sport" Klubu, "Neftçi" İdman klubu, Nizami rayonu idman məktəbi, Sumqayıt və Balakəni təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti