...

Bakıda buzlu yollar 5 nəfərin xəsarət almasına səbəb oldu

Gündəm Materials 11 Fevral 2020 12:57 (UTC +04:00)
Hava şəraiti ilə əlaqədar Bakıda təcili yardıma 5 müraciət daxil olub.
Bakıda buzlu yollar 5 nəfərin xəsarət almasına səbəb oldu

Bakı. İlhamə İsabalayeva - Trend:

Hava şəraiti ilə əlaqədar Bakıda təcili tibbi yardıma 5 müraciət daxil olub.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən Trend-ə verilən məlumata görə, müraciət edənlərin diz qapağının, sağ baldırın və sağ topuğun əzilməsi, diz oynağının çıxığı, digərində sol qolun əzilməsi müşahidə olunub.

Müraciət edən şəxslər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya edilib.

Qeyd edək ki, bu gün səhər paytaxtda qar yağması səbəbilə bəzi yollar buz bağlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti