...

Azərbaycan daxili istehsal hesabına tibbi maska tələbatını tam təmin edəcək

Gündəm Materials 7 Aprel 2020 12:15 (UTC +04:00)
Azərbaycan daxili istehsal hesabına tibbi maska tələbatını tam təmin edəcək

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azərbaycana bu günə qədər tibbi maskalar idxal olunurdu. Yeni açılan müəssisənin fəaliyyəti ilə idxaldan asılılığımız bitəcək və biz özümüzü tibbi maska ilə təmin edəcəyik.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinə press-tur zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, iki həftə ərzində sahibkar tərəfindən müəssisə üçün lazımi avadanlıq və xammal alınıb:

“Burada insanların qorunması və gigiyenik vəziyyətin lazımi səviyyədə saxlanılması üçün tibbi spirtlər və dezinfeksiya vasitələri də istehsal olunur".

N.Səfərov qeyd edib ki, “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin investisiya xərcləri 3,9 milyon manat təşkil edir:

"Tibbi maskaların qablaşdırılması üçün xüsusi qutular da yerli istehsaldır. Onlar Balaxanı Sənaye Parkının rezidenti olan müəssisədə hazırlanır. Müəssisədə 30-dan çox yeni iş yeri yaradılıb. İstehsal prosesi üçnövbəlidir".

Qeyd edək ki, müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti