...

Bakıda 4 yaşlı uşaq süd qazanına düşüb öldü

Gündəm Materials 28 İyul 2020 09:28 (UTC +04:00)
Bakıda 4 yaşlı uşaq süd qazanına düşüb öldü

Bakı. Samir Əli - Trend:

Bakıda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb. Trend-in məlumatına görə, hadisə Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivində qeydə alınıb.

Qəsəbə sakini, 2016-cı il təvəllüdlü Elmir Gülməmmədov yaşadığı evdə qaynanan süd qazanına düşərək yanıb. Uşaq yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, orada ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti