...

Buz bağlayan yolların siyahısı açıqlandı

Gündəm Materials 18 Fevral 2021 10:09 (UTC +04:00)
Buz bağlayan yolların siyahısı açıqlandı

Bakı. Samir Əli - Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qarlı hava şəraiti ilə bağlı ölkənin avtomobil yollarındakı vəziyyəti açıqlayıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda hazırda marşrut boyu yağıntı yoxdur. Nəqliyyatın hərəkəti təmin olunub. Xınalıq kəndinə gedən avtomobil yolunun 35-37 km hissəsində qar uçqunu olub, hərəkət məhdudlaşıb. Hazırda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Giləzi - Xızı avtomobil yolunda gecə saatlarında 2-3 sm qar yağıb, 4-5 dərəcə şaxta olub. Hal-hazırda yağıntı yoxdur, səhər saatlarından başlayaraq yola duz-qum qarışığı səpilir. Yolda nəqliyyatın hərəkəti təmin olunub.

Bakı - Qobustan avtomobil yolunda səhər saatlarından başlayaraq qar yağır, hazırda yola qum-duz səpilir. 1-2 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Qobustan - Şamaxı - Muğanlı avtomobil yolunda qar yağır, 1-2 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı - Ağsu - Yevlax avtomobil yolunda marşrut boyu zəif qar yağır, Muğanlı və Ağsu ərazisində 1-2 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı - Ələt - Hacıqabul avtomobil yolunda yolun Bakı-Ələt hissəsində zəif qar yağır, Yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Hacıqabul – Ucar – Yevlax avtomobil yolunda gecə saatlarında zəif qar yağıb, Hacıqabul rayonu ərazisində yolda buzlaşma olub. Hazırda yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Yevlax – Gəncə - Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunda marşrut boyu gecə saatlarında 3-5 sm qalınlıqda qar yağıb. Hazırda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Muğanlı – İsmayıllı avtomobil yolunda marşrut boyu gecə saatlarında 3-5 sm qalınlıqda qar yağib. Səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur. 4-5 dərəcə şaxta var.

İsmayıllı - Qəbələ - Oğuz - Şəki avtomobil yolunda Marşrut boyu səhər saatlarından başlayaraq qar yağır, 5-7sm qar var. Görülmüş tədbirlər nəticəsində yol qardan təmizlənib, qum duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Şaxta 1-2 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhəddi avtomobil yolunda marşrut boyu qar yağır, Şəki rayonu ərazisində 5-7sm, Qax rayonu ərazisində 15-20sm, Zaqatala və Balakən rayonları ərazisində 10-12 sm qar var. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Yevlax – Şəki (Göybulaq) avtomobil yolunda Şəki rayonu ərazisində qar yağır, səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil yolunda Daşkəsən rayonu ərazisinə 30-60 sm qalınlıqda qar yağıb, 3-4 dərəcə şaxta var. Yollar qardan təmizlənərək qum-duz səpilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Şəmkir - Gədəbəy avtomobil yolunda hazırda yağıntı yoxdur. Gecə saatlarında güclü qar yağıb və şaxta olub. Qarın qalınlığı 20-40 sm təşkil edir. Hazırda duz-qum səpilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Ələt – Astara – İran İslam Respublkası ilə dövlət sərhədi avtomobil yolunda marşrut boyu sulu qar yağır, şaxta yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Masallı – Yardımlı avtomobil yolunda Masallı rayonu ərazisində zəif qar yağır, Yardımlı rayonu ərazisində sulu qar yağır. Şaxta yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Lənkəran – Lerik avtomobil yolunda səhər saatlarından başlayaraq qar yağır, yolda qar yoxdur, Lerik rayonu ərazisində 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Hacıqabul – Bəhramtəpə – Horadiz avtomobil yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti