...

Xalq Şairi Musa Yaqub dəfn edilib (FOTO)

Gündəm Materials 8 May 2021 12:26 (UTC +04:00)
Xalq Şairi Musa Yaqub dəfn edilib (FOTO)

Bakı. Samir Əli - Trend:

Dünən dünyasını dəyişən Azərbaycanın Xalq şairi Musa Yaqub dəfn edilib.

Trend-in məlumatına görə, Xalq şairi ilə vida mərasimi İsmayıllı rayonunun Buynuz kəndində, yaşadığı evdə keçirilib. O Buynuz kənd qəbiristanlığında həyat yoldaşının yanında dəfn olunub.

Xatırladaq ki, Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. 1973-cü ildən o Azərbaycan Yazıçılar İttifaqında müxtəlif vəzifələrdə çalışıb.

Musa Yaqub uzun müddət parkinson xəstəliyindən əziyyət çəkirdi.

O 24 may 2019-cu ildə "Azərbaycan Respublikasının xalq şairi" fəxri adına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti