...

Şimali Koreyada daha 232 min insanda qızdırma halı aşkarlanıb

Gündəm Materials 18 May 2022 04:49 (UTC +04:00)
Şimali Koreyada daha 232 min insanda qızdırma halı aşkarlanıb

Bakı. Trend:

Şimali Koreyada son sutka ərzində 232 mindən çox insan ölkənin "qızdırma" adlandırdığı xəstəliklə xəstələnib, 6 nəfər infeksiyanın nəticələrindən dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə "Yonhap" agentliyi xəbər verib.

"Şimali Koreya ölkə daxilində qızdırma əlamətləri olan 232,000-dən çox insanın və daha 6 nəfərin öldüyünü, ümumi ölüm sayının 62-yə çatdığını bildirib," - deyə qeyd olunub.

Ümumilikdə, Pxenyanın "qızdırma" adlandırdığı xəstəlik artıq KXDR-də 1,72 milyon insanda aşkarlanıb. Eyni zamanda, 1,02 milyondan çox insan tam sağalıb, 691 minə yaxınının müalicəsi davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti