...

Sosial şəbəkədə xidmətə aid görüntülər paylaşan hərbçilər ordu sıralarından çıxarılıb

Gündəm Materials 6 Avqust 2022 17:55 (UTC +04:00)
Sosial şəbəkədə xidmətə aid görüntülər paylaşan  hərbçilər ordu sıralarından çıxarılıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Süleymanzadə Seymur Əmrah oğlu və Abdullayeva Afət İzariyyə qızının xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkar edilib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən bildirilib.

"Adları qeyd olunan hərbi qulluqçular Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından çıxarılıb.

Bir daha bildiririk ki, ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcəkdir", - məlumatda qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti