...

Bakıda binalar tikilməzdən əvvəl ərazinin seysmoloji vəziyyəti öyrənilməlidir - Qurban Yetirmişli

Gündəm Materials 6 Fevral 2023 13:25 (UTC +04:00)
Bakıda binalar tikilməzdən əvvəl ərazinin seysmoloji vəziyyəti öyrənilməlidir - Qurban Yetirmişli
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda binalar tikilməzdən əvvəl ərazinin seysmoloji vəziyyəti öyrənilməlidir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Bakıda yan-yana dayanan binaların biri 8, biri 9 ballıq zəlzələyə davamlı nəzərdə tutulur: "Mikrorayonlarşdırma xəritəsinə uyğun binalar tikmək olmaz. Seysmoaktiv ərazilərdə bu xəritələrlə işləmək olmaz. Bu prosesdə xəritə yox, seysmoaktiv vəziyyət dəyərləndirilməlidir", - baş direktor qeyd edib.

Xatırladaq ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 280 nəfəri keçib. 2323 nəfər yaralı var. 1700-dən çox bina dağılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti