...

“Chrome”da boşluq aşkarlanıb

Gündəm Materials 26 Aprel 2023 11:49 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Google Chrome” veb-brauzerində boşluq (CVE-2023-2136) aşkarlanıb.

Trend Elektron Təhlükəsizlik Xidmətinin məlumatına istinadən xəbər verir ki, “C++” dilində yazılmış “Google”a məxsus açıq mənbǝli, çox platformalı 2D qrafika kitabxanası olan “Skia”da mövcud olan boşluğun müvəffəqiyyətlə istismarı kiberdələduza ixtiyari kodu icra etməyə imkan verir.

Bu boşluqdan istifadə edərək kiberdələduzların sistemlərə və şəbəkələrə icazəsiz giriş əldə etməsi, fərdi məlumatları ələ keçirməsi və manipulyasiya etməsi mümkündür.

Təhlükəsizlik üçün “Google Chrome” veb-brauzerinin “macOS” üçün “112.0.5615.137”, “Windows” üçün isə “112.0.5615.137/138” versiyasına yenilənməsi tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti