Bakı. Trend:
Media Tәhlil Mәrkәzi Heydər Əliyev Mərkəzinin, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin, ADA Universitetinin dəstəyi və MAS MMC-nin texniki köməkliyi ilə dövlət, qeyri-hökumət və digər təşkilatların mətbuat xidmətlərinin rəhbərləri üçün növbəti dəfə master-klas təşkil edir.
Trend xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları iş və kommunikasiya şöbəsinin əməkdaşı Cəmalə Əliyeva qeyd edib ki, təlimin məqsədi ölkədə həyata keçirilən media və kommunikasiya islahatlarına töhfə vermək, kommunikasiya sahəsinin hazırki dinamik mühitdə inkişafını təşviq etmək, kommunikasiyaya məsul şəxslərin bilik və bacarıqlarını daha da təkmilləşdirməkdir.
Media Təhlil Mərkəzinin baş mütəxəssisi Yunis Orucov isə çıxışında bildirib ki, MTM tərəfindən növbəti dəfə təşkil olunan beynəlxalq təlim mətbuat xidmətlərinin rəhbərlərinin peşəkar bacarıqlarının daim təkmilləşdirilməsi və inkişafı, bu sahədə effektivliyin artırılması məqsədi daşıyır: “Təlim müddətində iştirakçılar müzakirələrə qoşulacaq, sosial media təşəbbüslərinin inkişaf etdirilməsi ilə bağlı sessiyalarda iştirak edəcəklər. Əminəm ki, bugünkü təlimdə veriləcək məlumatlar onlar üçün çox faydalı olacaq”.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Medianın İnkişafı
Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, təlimin
təşkil edilməsində əsas məqsəd ictimaiyyətlə əlaqələrə məsul
şəxslərin peşəkar bacarıqlarının təkmilləşdirilməsi və inkişaf
etdirilməsi, kommunikasiya sahəsində ən son tendensiyaların və
qabaqcıl təcrübələrin öyrənilməsi, effektiv ünsiyyətin təmin
edilməsi, dövlət və qeyri-hökumət təşkilatları ilə ictimaiyyət
arasında qarşılıqlı münasibətlərin möhkəmləndirilməsidir. Əhməd
İsmayılov vurğulayıb ki, qurum və təşkilatların kommunikasiya
siyasətinin təhlili və tədqiqi, uğurlu modellərin araşdırılması,
faydalı metodik mexanizmlərin və texnikaların müəyyən edilməsi PR
menecerlərin fəaliyyətinin səmərəliliyinin artırılması baxımından
mühüm əhəmiyyət kəsb edir.
Media Tәhlil Mәrkәzi yerli media nümayәndәlәrinin, xüsusilә dә
mәtbuat xidmәtlәrinin rәhbәrlәrinin peşәkar bacarıqlarının
tәkmillәşdirilmәsinin vә inkişafının vacibliyini, bu sahәdә
effektivliyin artırılmasının zәruriliyini nәzәrә alaraq beynәlxalq
tәşkilatlarla sıx әmәkdaşlıq edir. Bu әmәkdaşlıq çәrçivәsindә artıq
ikinci dəfə baş tutacaq master-klası London şәhәr Universitetinin
jurnalistika üzrә professoru, “The Media Society” təşkilatının
vitse-prezidenti, İcmalar Palatasında media məsləhətçisi kimi
çalışan Barni Cons və qlobal kampaniyaların, mürәkkәb mәsәlәlәrin
idarә edilmәsi sahәsindә tәcrübәli kommunikasiya vә marketinq üzrә
mütәxәssis Tobi Orr aparacaq.
Müxtәlif sessiyaları әhatә edәcәk 3 günlük təlim 3-5 may tarixlərində ADA Universitetində keçiriləcək. İştirakçılar müsahibәlәr yolu ilә fәrqli vә peşəkar müzakirәlәrә qoşulacaq, sosial media tәşәbbüslәrinin inkişaf etdirilmәsi ilә bağlı praktiki sessiyalarda iştirak edәcәklәr. Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.
Qeyd edək ki, master-klasın keçirilməsində əsas məqsəd mətbuat xidmətlərinin rəhbərlərinin işini daha da təkmilləşdirmək, onların fəaliyyətini müasir kommunikasiya sistemlərinə uyğunlaşdırmaq və şəffaflığı təmin etməkdir.