...

Sərxoş sürücülər üç nəfərin ölümünə səbəb olub

Gündəm Materials 15 May 2023 10:18 (UTC +04:00)
Sərxoş sürücülər üç nəfərin ölümünə səbəb olub
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 13 hadisə baş verib, nəticədə 3 nəfər həlak olub, 16 nəfər yaralanıb.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hadisələrin 11-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Ümumilikdə qeyd olunan müddət ərzində ölkə ərazisində 370 və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,2 az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 10,3 faiz azalaraq 499 nəfər olmuşdur. Onlardan 173-ü həlak olmuş, 326-sı isə yaralanmışdır. Hadisələrin 46,8 faizi gündüz, 31,9 faizi gecə, 21,3 faizi isə toran vaxtı baş vermiş, 26,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti