...

Baş verən zəlzələnin təkrarlanmaq ehtimalı var? - Qurban Yetirmişli AÇIQLADI

Gündəm Materials 4 İyul 2023 11:21 (UTC +04:00)
Baş verən zəlzələnin təkrarlanmaq ehtimalı var? - Qurban Yetirmişli AÇIQLADI
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Baş verən zəlzələnin təkrarlanması ehtimalı yoxdur

Trend xəbər verir ki, bunu bu gün Xəzər dənizində baş vermiş zəlzələyə dair keçirilən mətbuat konfransında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, kiçik təkanlar həmişə olur.

“Amma 5,5 maqnitudada baş verən zəlzələnin təkrarlanması ehtimalı yoxdur. Amma ola bilsin, arada 3 maqnitudada, hiss edilən zəlzələ baş versin. Bəlkə də heç olmayacaq. Çünki zəlzələ ocağı çox - 65 kilometr dərinlikdədir"-deyə o qeyd edib

Qeyd edək ki, yerli vaxtla iyulun 4-ü saat 00:01-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ Quba, Xaçmaz, Şabran, Siyəzən 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti