...

Yanğın qatarların qrafik üzrə hərəkətində heç bir problem yaratmayıb - ADY

Gündəm Materials 20 Avqust 2023 23:48 (UTC +04:00)
Yanğın qatarların qrafik üzrə hərəkətində heç bir problem yaratmayıb - ADY
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıt dəmir yolu vağzalında baş verən yanğın qatarların qrafik üzrə hərəkətində heç bir problem yaratmayıb.

Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. Bildirilib ki, bu gün saat 22:00 radələrində Sumqayıt sərnişin stansiyasının dam hissəsində quraşdırılmış havalandırma sistemində baş vermiş qısa qapanma nəticəsində yanğın baş verib.

Əraziyə təcili cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə qüvvələrinin səyi ilə yanğın qısa zamanda - saat 22:18-də söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti