...

Rus sülhməramlıları Cənubi Qafqazda dinc həyatın formalaşmasına köməklik göstərməyə hazırdır - Lavrov

Gündəm Materials 10 Oktyabr 2023 14:08 (UTC +04:00)
Rus sülhməramlıları Cənubi Qafqazda dinc həyatın formalaşmasına köməklik göstərməyə hazırdır - Lavrov
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağdakı rus sülhməramlıları Cənubi Qafqazda dinc həyatın formalaşmasına köməklik göstərməyə hazırdır.

Trend xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun məqaləsində deyilir.

Rusiya xarici işlər naziri qeyd edib ki, ABŞ və Avropa İttifaqının (Aİ) Azərbaycan-Ermənistan münasibətlərinə müdaxiləsi qeyri-sabitlik yaradır.

"Hazırda Brüssel öz geosiyasi ambisiyalarını düşünərək öz "vasitəçilik xidmətləri"ni qəbul etdirməyə çalışır və Vaşinqtonla birlikdə Cənubi Qafqaza qeyri-sabitlik gətirir. Hazırda İrəvan və Bakı rəhbərləri iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini öz aralarında həll etmişkən, dinc həyatı yoluna qoymağın və etimadı möhkəmləndirməyin vaxtı çatıb. Rus sülhməramlı kontingenti buna hər cür köməklik göstəməyə hazırdır", - Lavrov deyib.

Qeyd edək ki, Sergey Lavrovun "Rossiya V Qlobalney Politike" nəşrində dərc olunan məqaləsi BMT Baş Assambleyasının 78-ci sessiyası fonunda dünyada baş verən əsaslı dəyişikliklərdən bəhs edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti