...

"Crocus City Hall"dakı terror aktı ilə bağlı təqsindirilən şəxslər həbs edilib (VİDEO) (YENİLƏNİB)

Gündəm Materials 25 Mart 2024 02:31 (UTC +04:00)
"Crocus City Hall"dakı terror aktı ilə bağlı təqsindirilən şəxslər həbs edilib (VİDEO) (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyada "Crocus City Hall" konsert zalında törədilən terror aktı üzrə təqsirləndirilən şəxslər barəsində qəbs qətimkan tədbiri seçilib.

Trend-in məlumatına görə, bununla bağlı qərar Moskvanın Basmannı məhkəməsi tərəfindən verilib.

Məlumata əsasən, onlar barəsində 1 ay 28 gün müddətinə, yəni 22 may 2024-cü il tarixinədək həbs qətimkan tədbiri seçilib.

Belə ki, məhkəmənin qərarı ilə terror aktı törətməkdə təqsirləndirilən şəxslər: Dalerjon Mirzoev, Səidəkrəmi Raçabalizoda, Şəmsidin Fəriduni və Məhəmmədsobir Fayzov istintaq təcridxanasına yerləşdirilib.

xxx

01:03

Moskva yaxınlığındakı "Crocus City Hall" konsert zalında törədilən terror aktı üzrə təqsirləndirilən şəxs Dalerjon Mirzoyev təqsirli olduğunu tam etiraf edib.

Trend-in məlumatına görə, bu barədə Moskvanın Basmannı məhkəməsinin mətbuat xidməti bildirib.

Bazar günü səhər saatlarında Basmannı məhkəməsi istintaqın tələbi ilə D.Mirzoyevin həbs müddətini mayın 22-dək uzadıb.

D.Mirzoyev mütəşəkkil dəstənin tərkibində insan ölümü ilə nəticələnən terror aktı törətməkdə ittiham olunub.

Bildirilib ki, ittiham sənədinə əsasən, D.Mirzoyev silahlı mütəşəkkil dəstənin tərkibində fəaliyyət göstərərək "Crocus City Hall" binalarında olan Rusiya Federasiyası vətəndaşlarına atəş açmaqda iştirak edib, bundan sonra təqsirləndirilən şəxslər binanı yandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti