...

17 yaşlı yeniyetmə atasının maşınını aşırdı, dostu öldü

Gündəm Materials 27 Mart 2024 09:57 (UTC +04:00)
17 yaşlı yeniyetmə atasının maşınını aşırdı, dostu öldü
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Şəmkirdə 17 yaşlı yeniyetmə atasının maşınını aşırıb.

Trend xəbər verir ki, hadisə Yeni həyat kəndində qeydə alınıb.

2007-ci il təvəllüdlü Ayxan Amasov sürücülük hüququ olmadan atasına məxsus "VAZ 21 012"markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil aşıb. Qəzada Ayxan Amasov, sərnişinlər - 2009-cu il təvəllüdlü Turxan Alıyev və 1998-ci il təvəllüdlü Orxan Alıyev xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Orxan Alıyev orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər lenti

Xəbər lenti