Azərbaycan, Bakı, 09 sentyabr / Trend New, müxbir Ü.Sadıxova /
İstanbulda güclü sel nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur, bu barədə Trend -a İstanbuldan telefonla Azərbaycanın konsulu Səyyad Aran bildirib.
"Bizə xəsarət alan azərbaycanlılar barədə məlumat daxil olmayıb", - Aran deyib.
İstanbulda baş verən sel nəticəsində 17 nəfər həlak olub, Türkiyənin "CNN Türk" telekanalı xəbər verib. İki gün davam edən güclü yağışlar nəticəsində şəhərə və əhaliyə böyük ziyan dəyib. Yerli hidrometroloqların məlumatına əsasən, Türkiyədə qeyri-sabit hava şəraiti daha bir neçə gün davam edəcək.