...

Bakı Təhsil İdarəsi orta məktəbdə baş verən partlayışa aydınlıq gətirib

Hadisə Materials 11 Noyabr 2011 15:02 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) 234 saylı orta məktəbdə baş verən partlayışla bağlı rəsmi məlumat verib.
Bakı Təhsil İdarəsi orta məktəbdə baş verən partlayışa aydınlıq gətirib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) 234 saylı orta məktəbdə baş verən partlayışla bağlı rəsmi məlumat verib.

İdarənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı cümə günü Trend-ə bildirib ki, partlayış qaz sızmasından baş verib. Partlayış məktəbin sanitar qovşağında olub.

Əliqızı deyib ki, qış mövsümü ilə bağlı hər il Bakının bütün orta məktəblərinə qaz noyabrın 15-dən verilir. Lakin bu il soyuqlar tez düşdüyündən, məktəblərə təbii qaz noyabrın 10-dan verilməyə başlayıb.

Bu gün Bakının 234 saylı orta məktəbində partlayış olub.

Partlayış nəticəsində yuxarı sinif şagirdlərindən biri xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Xəsarət alan 11-ci sinif şagirdi, 17 yaşlı İbadov Məmi Təyyar oğludur.

Xəbər lenti

Xəbər lenti