...

Bakıda Banqladeş vətəndaşlarının mənzilindən oğurluq edən şəxslər saxlanılıb

Hadisə Materials 1 Mart 2012 10:41 (UTC +04:00)
Bakıda Banqladeş vətəndaşlarının mənzilindən oğurluq edən şəxslər saxlanılıb.
Bakıda Banqladeş vətəndaşlarının mənzilindən oğurluq edən şəxslər saxlanılıb

Azərbaycan, Bakı, 1 mart / Trend müxbir K.Zərbalıyeva/

Bakıda Banqladeş vətəndaşlarının mənzilindən oğurluq edən şəxslər saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, fevralın 28-də Mikayıl Müşfiq küçəsində yerləşən tikinti şirkətinin həyətindəki fəhlə yataqxanasından Xaçmaz rayon sakini Rasim Rasimov və Şəki rayon sakini Raqif Abdullayev kustar üsulla qapıları açaraq Banqladeş vətəndaşları Rahman Setauntun mobil telefonunu, İqbal Hüseynin qol saatını, Sayul İslamın yaddaş kartı və qulaqcığını, Mia Litonun mobil telefonunu və 40 manatını, Ali Səlahəddinin mobil telefonunu, Miah Salimin və Asiq Uzamanın 40 manat pulunu və qol saatlarını oğurlayıblar.

Onlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinin əməkdaşları tərəfindən yaxalanıblar.

Xəbər lenti

Xəbər lenti