...

Bakıda mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var

Hadisə Materials 7 İyun 2012 10:10 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Xətai rayonunda "Mercedes" markalı minik avtomobili və eyni markalı mikroavtobus toqquşub.
Bakıda mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var

Azərbaycan, Bakı, 7 iyun / Trend müxbir K.Zərbalıyeva/

Bakıda mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Xətai rayonunda "Mercedes" markalı minik avtomobili və eyni markalı mikroavtobus toqquşub.

Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, hadisə zamanı minik avtomobilində xəsarət alan sürücü və sərnişin xəstəxanaya aparılıb.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 26 yol qəzası qeydə alınıb. Qəzalar zamanı 6 nəfər ölüb, 28 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəbər lenti

Xəbər lenti