...

İranda narkotik qaçaqmalçıları edam olunub

Hadisə Materials 12 Fevral 2013 12:01 (UTC +04:00)
Bu gün İranın Əraq şəhərinin mərkəzi həbsxanasında 2 nəfər edam olunub
İranda narkotik qaçaqmalçıları edam olunub

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir T.Cəfərov/

Bu gün İranın Əraq şəhərinin mərkəzi həbsxanasında 2 nəfər edam olunub. Bu barədə Trend İranın "Mehr" agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, həmin şəxslər narkotik qaçaqmalçılığında ittiham olunaraq edam cəzasına məhkum ediliblər.

Qeyd edək ki, 2012-ci ilin oktyabr-noyabr aylarında Tehranda narkotik maddələrin qanunsuz dövriyyəsi və satışı ittihamı ilə 20 nəfər, dekabrda isə 5 nəfər edam olunub. Beynəlxalq KİV-in məlumatına görə, ötən il İranda 587 nəfər edam edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti