...

Bakıda iki qrup arasında kütləvi dava baş verib, xəsarət alanlar var

Hadisə Materials 12 Fevral 2013 13:14 (UTC +04:00)
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, fevralın 11-də Binəqədi rayonunun Dərnəgül qəsəbəsindəki "Elit" əyləncə mərkəzinin həyətində Bakı şəhər sakinləri Vahid Həsənov, onun qardaşı Vasif, Ağdaş rayon sakini Elvin Rəşidov, Ucar rayon sakini Bahadur Həsənov və Şabran rayon sakini Elnur Sədiyev ilə ticarət mərkəzinin işçiləri İlqar İbrahimov, Əli Mirzəyev və Məftun Qasımov arasında münaqişə baş verib.
Bakıda iki qrup arasında kütləvi dava baş verib, xəsarət alanlar var

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir E.Mehdiyev/

Bakıda ticarət mərkəzində iki qrup arasında kütləvi dava baş verib.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, fevralın 11-də Binəqədi rayonunun Dərnəgül qəsəbəsindəki "Elit" əyləncə mərkəzinin həyətində Bakı şəhər sakinləri Vahid Həsənov, onun qardaşı Vasif, Ağdaş rayon sakini Elvin Rəşidov, Ucar rayon sakini Bahadur Həsənov və Şabran rayon sakini Elnur Sədiyev ilə ticarət mərkəzinin işçiləri İlqar İbrahimov, Əli Mirzəyev və Məftun Qasımov arasında münaqişə baş verib.

Bu zaman Vasif Həsənov bıçaqla Mirzəyevə və Qasımova xəsarət yetirib, İbrahimov isə döyülüb. Həsənov Binəqədi RPİ 5-ci PB əməkdaşları tərəfindən tutulub, Vahid Həsənovun, Rəşidovun, Bahadır Həsənovun və Sədiyevin izahatları alındıqdan sonra buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti