...

Bakıda iki qardaşın qətlə yetirilməsi faktı ilə bağlı 3 nəfər saxlanılıb

Hadisə Materials 4 Mart 2013 11:31 (UTC +04:00)
Bakıda qardaşların güllələnməsi ilə bağlı rəsmi məlumat yayılıb.
Bakıda iki qardaşın qətlə yetirilməsi faktı ilə bağlı 3 nəfər saxlanılıb

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İ.İzzət/

Bakıda qardaşların güllələnməsi ilə bağlı rəsmi məlumat yayılıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, martın 2-si saat 15:30 radələrində Türkan qəsəbəsində Bakı şəhər sakinləri - Cabbar İbrahimov, Xəlifəli Rəhimov və Mirxalid Rəhimov qəsəbə sakinləri - Elman, Taleh və Bəhruz Zeynalov qardaşları ilə mübahisə ediblər.

Nəticədə Cabbar İbrahimov 16 kalibrli "İJ" markalı ov tüfəngi ilə Elman və Talehi qətlə yetirib, Bəhruz Zeynalovun isə bel və baş nahiyəsindən xəsarət yetirib.

Hadisə yerindən qeyd olunan tüfəng, 6 ədəd boş giliz və 2 ədəd patron maddi sübut kimi götürülüb, hadisəni törədən həmin şəxslər isə Xəzər RPİ 1-ci PB-nin əməkdaşları tərəfindən yaxalanmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti