...

İranda zəlzələdə ölənlərin sayı 37-yə çatıb, bu gün bir neçə zəlzələ də qeydə alınıb (ƏLAVƏ OLUNUB-10) (FOTO)

Hadisə Materials 10 Aprel 2013 09:18 (UTC +04:00)
İranın ali lideri Ayətullah Əli Xamenei Buşəhrdə baş vermiş zəlzələ ilə bağlı bəyanat verib. O, ölkədəki bütün qüvvələri zərzələdən zərər çəkmiş bölgələrdə xilasetmə işinə səfərbər olmağa çağırıb. Trend-in məlumatına görə, bu barədə Fars xəbər agentiyi məlumat verir.
İranda zəlzələdə ölənlərin sayı 37-yə çatıb, bu gün bir neçə zəlzələ də qeydə alınıb (ƏLAVƏ OLUNUB-10) (FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər çərşənbə axşamı saat 17:18-də yayılıb)

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbirlər T.Cəfərov /

İranda baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.

Trend-in Mehr agentliyinə istinadən verdiyi məlumatda deyilir ki, Şonbeh şəhərində 200-dən çox evin 80 faizi tamamilə dağılıb. Ümumilikdə, 700-dən çox ev tamamilə dağılıb. 850 nəfərdən artıq şəxs isə yaralanıb.

Bir çox evlərin qəzalı vəziyyətə düşməsi haqqında da informasiyalar var.

Bu gün yerli vaxtla 6:22-də Buşehr vilayətində yenidən 5,4 bal gücündə zəlzələ qeydə alınıb. Bundan başqa, həmçinin yerli vaxtla saat xəzər dənizi ətrafı yaxınlığında yerləşən Mazandaran vilayətinin Kiasər şəhərində 3.9 bal gücündə, eyni zamanda Xuzistan vilayətinin Abadan şəhərində zəlzələ baş verib.

Məlumatda bildirilir ki, Türkiyənin Qırmızı Aypara Cəmiyyəti İrana yardım etmək üçün hazır olduğunu bəyan edib.

Bu arada İran prezidenti Mahmud Əhmədinejad da bəyanat yayaraq, Buşəhr əyalətində baş vermiş zəlzələ ilə bağlı İran xalqına başsağlığı verib.

O, baş vermiş hadisədən kədərləndiyini dilə gətirib və bütün qüvvələri xilasetmə və yardım üçün səfərbər olmağa çağırıb.

Xatırladaq ki, İranın ali lideri Ayətullah Əli Xamenei Buşəhrdə baş vermiş zəlzələ ilə bağlı bəyanat verib.

O, ölkədəki bütün qüvvələri zərzələdən zərər çəkmiş bölgələrdə xilasetmə işinə səfərbər olmağa çağırıb. Trend-in məlumatına görə, bu barədə Fars xəbər agentiyi məlumat verir.

İranın ali lideri hadisə nəticəsində ölənlərin yaxınlarına başsağlığı verib.

İranın Mehr xəbər agentliyinin məlumatına görə, həmçinin Ayətullah Əli Xameneinin Buşehr üzrə nümayənəsi Ayətullah Qulaməli Səfayi isə zəlzələ ilə bağlı Buşəhr əyalətində 3 günlük matəm elan edib və zəlzələdə həlak olanların ailələrinə başsağlığı verib.

Qeyd edək ki, çərşənbə axşamı yerli vaxtla saat 16:22 radələrində İranın Buşəhr əyalətinin Kaki şəhərində 6,1 bal gücündə zəlzələ baş verib. Bundan sonra 5 bal gücündə təkrar təkanlar qeydə alınıb.

Zəlzələ nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb. Kaki şəhərinin Bağan kəndi tamamilə dağılıb. Zəlzələ nəticəsində Buşəhr vilayətində ümumilikdə 850 nəfər xəsarət alıb, onlardan 70-nin vəziyyəti ağırdır.

Xilasetmə işlərinə Buşəhr əyalətinə yaxın qonşu 4 vilayətdən xilasetmə qüvvələri cəlb olunub.

İran KİV-in məlumatına görə, zəlzələ nəticəsində dağın bir hissəsi parçalanaraq Şonbeh şəhərinə düşüb. Daha güclü dağıntıların da məhz bu şəhərdə olduğu bildirilir. ILNA agentliyinin məlumatına görə, Tasuc da zəlzələdən ən çox ziyan görən şəhərlərdəndir.

"Buşəhr" AES-in layihə rəhbəri Mahmud Cəfəri bildirib ki, zəlzələ stansiyanın işinə heç bir təsir etməyib: "Belə ki, zəlzələ AES-dən 100 km-dən çox məsafədə baş verib, həmçinin stansiyanın 8 bal gücündə zəlzələyə davamlılığı var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti