...

Ağcabədi rayonunda azyaşlı uşağın əli ətçəkən maşında qalıb

Hadisə Materials 12 Aprel 2013 00:09 (UTC +04:00)
Ağcabədi rayonunda azyaşlı uşağın əli ətçəkən maşında qalıb.
Ağcabədi rayonunda azyaşlı uşağın əli ətçəkən maşında qalıb

Azərbaycan, Bakı, 12 aprel /Trend/

Ağcabədi rayonunda azyaşlı uşağın əli ətçəkən maşında qalıb. Bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinə daxil olmuş məlumata əsasən, Ağcabədi rayonunda 1 nəfər azyaşlı uşağın əli ətçəkən maşının içərisində sıxılmış vəziyyətdə qalmış və o Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına gətirilmişdir.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə ətçəkən maşını kəsərək uşağın əlini detalın içərisindən çıxarmışlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti