Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İ.İzzət/
Bakı şəhər sakini olan azyaşlı uşaq hovuzda çimərkən su çəkən borunun pərlərinin arasına düşüb.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 21-də Xaçmaz rayonu Nabran qəsəbəsinin ərazisindəki "Nabran" ictirahət mərkəzində Bakı şəhər sakini, azyaşlı İmran Cəfərzadə hovuzda çimərkən su çəkən borunun pərlərinin arasına düşüb.
Xəsarət almış Cəfərzadə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.