...

İranda vilayət prokuroru öldürülüb (FOTO)

Hadisə Materials 6 Noyabr 2013 13:16 (UTC +04:00)
Çərşənbə günü silahlı hücum nəticəsində İranın Sistan və Bəluçistan vilayətinin inzibati mərkəzinin prokuroru Musa Nuri öldürülüb. Trend-in məlumatına görə, bu barədə "Tabnak" qəzeti xəbər yayıb.
İranda vilayət prokuroru öldürülüb (FOTO)

Azərbaycan, Bakı, 6 noyabr / Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov /

Çərşənbə günü silahlı hücum nəticəsində İranın Sistan və Bəluçistan vilayətinin inzibati mərkəzinin prokuroru Musa Nuri öldürülüb. Trend-in məlumatına görə, bu barədə "Tabnak" qəzeti xəbər yayıb.

Musa Nuri avtomobili naməlum şəxslər tərəfindən saxlanıldıqdan sonra qətlə yetirilib. Prokurorla birlikdə onun sürücüsü də öldürülüb.

Sistan və Bəluçistan vilayətinin Baş prokuroru İbrahim Həmidi bəyan edib ki, hücum naməlum şəxslər tərəfindən həyata keçirilib, yerli polis və İran kəşfiyyatı insidenti araşdırır.

Əsasən sünnilərin məskunlaşdıqları Sistan və Bəluçistan vilayəti Əfqanıstanla sərhəddə yerləşir və son vaxtlar narkotrafik məqsədilə geniş istifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti