...

Ucarda 22 yaşlı qadın dəm qazından zəhərlənib

Hadisə Materials 8 Fevral 2014 13:22 (UTC +04:00)
Trend EL TV-yə istinadən xəbər verir ki, hamamda çimərkən dəm qazının təsirindən özünü pis hiss edən qadın huşunu itirib.
Ucarda 22 yaşlı qadın dəm qazından zəhərlənib

Azərbaycan, Bakı, 8 fevral /Trend/

Ucar rayonunun Qazıqumlaq kənd sakini 1992-ci il təvəllüdlü Günay Əzməmmədova dəm qazından zəhərlənib.

Trend EL TV-yə istinadən xəbər verir ki, hamamda çimərkən dəm qazının təsirindən özünü pis hiss edən qadın huşunu itirib.

Yaxınları tərəfindən hadisə yerinə çağrılan təcili yardım həkimlərinin köməyi ilə Günay Əzməmmədova Ucar Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər bir uşaq anası olan Günay Əzməmmədovanın vəziyyətini orta ağır qiymətləndirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti