Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir İ.İzzət/
Bakıda avtomobildən silah-sursat tapılıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, martın 29-da Babək prospektində Bakı şəhər sakini Hikmət Sadıqovun idarə etdiyi "BMW" markalı avtomobildən 2 ədəd pnevmatik tapança və 7 ədəd 9 mm patron aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.