Azərbaycan, Bakı, 15 aprel /Trend/
Səlyanda Kürdə batan naməlum kişi cəsədi tapılıb.
Trend Fövqaəladə Hallar Nazirlyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində ("Salyan" sularda xilasetmə məntəqəsindən, təxminən 5 km məsafədə, nəzarət olunmayan ərazidə) naməlum kişi cəsədi aşkarlanmışdır.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur.
Cəsəd Nazirliyin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir.