...

Bakının mərkəzində tank əleyhinə minalar tapılıb

Hadisə Materials 21 Aprel 2014 16:57 (UTC +04:00)
Müəyyən olunub ki, bu, təlim-tədris təyinatlı 2 ədəd TM-62 markalı tank əleyhinə minadır. Aşkar edilmiş sursatlar aidiyyəti üzrə təhvil verilib.
Bakının mərkəzində tank əleyhinə minalar tapılıb

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir İ.İzzət/

Bakı şəhəri, Səbail rayonunda təmir işləri aparılarkən döyüş sursatı aşkarlanıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər.

Müəyyən olunub ki, bu, təlim-tədris təyinatlı 2 ədəd TM-62 markalı tank əleyhinə minadır. Aşkar edilmiş sursatlar aidiyyəti üzrə təhvil verilib.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirmiş və digər növ şübhəli əşya aşkar etməyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti