...

Bakı-Şamaxı yolunda iki avtomobil toqquşub, yaralı var

Hadisə Materials 2 May 2014 20:47 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Qobustan rayonu Bakı-Şamaxı avtomobil yolunun 86-cı kilometrliyində “Prado” markalı minik avtomobilinin “Hyundai” markalı minik avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bakı-Şamaxı yolunda iki avtomobil toqquşub, yaralı var

Azərbaycan, Bakı, 2 may /Trend/

Bakı-Şamaxı yolunda iki avtomobil toqquşub.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Qobustan rayonu Bakı-Şamaxı avtomobil yolunun 86-cı kilometrliyində "Prado" markalı minik avtomobilinin "Hyundai" markalı minik avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, deformasiya uğramış "Hyundai" markalı minik avtomobilinin sürücüsü sıxılmış vəziyyətdə aşkarlanıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti