...

Qubada mənzildə 4 azyaşlı uşaq köməksiz vəziyyətdə tapılıb

Hadisə Materials 30 May 2014 09:33 (UTC +04:00)
Qubada mənzildə 4 azyaşlı uşaq köməksiz vəziyyətdə tapılıb.
Qubada mənzildə 4 azyaşlı uşaq köməksiz vəziyyətdə tapılıb

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir E.Mehdiyev/

Qubada mənzildə 4 azyaşlı uşaq köməksiz vəziyyətdə tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Quba şəhərində mənzildə bağlı qapı arxasında 4 azyaşlı köməksiz vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin eyvanına qalxaraq içəri daxil olublar.

Nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 01:40-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti