Azərbaycan, Bakı, 30 may /Trend, müxbir İ.İzzət/
Lerik rayonunda azyaşlı uşaq qaynar suya düşərək ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 29-da Lerik rayonu Zərdəbərə kəndində tükürpədici bədbəxt hadisə baş verib. Belə ki, kənd sakini, azyaşlı Züleyxa Alışova evində qaynar suya düşərək ölüb.