...

Azərbaycanda Türkiyə vətəndaşlarına saxta arayışlar verən bankın vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Hadisə Materials 20 İyun 2014 16:11 (UTC +04:00)
Azərbaycanda Türkiyə vətəndaşlarına saxta arayışlar verməkdə şübhəli bilinən bankın vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb.
Azərbaycanda Türkiyə vətəndaşlarına saxta arayışlar verən bankın vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda Türkiyə vətəndaşlarına saxta arayışlar verməkdə şübhəli bilinən bankın vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Miqrasiya Xidmətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırma zamanı "Zaminbank" ASC-nin Xırdalan filialının vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Bakı şəhərində əmək fəaliyyəti ilə məşğul olan Türkiyə Respublikası vətəndaşlarına guya onların cari hesablarında Azərbaycan Respublikası ərazisində əcnəbilərə müvəqqəti yaşamaq üçün icazənin verilməsindən ötrü nəzərdə tutulan 100 min manat məbləğində pul vəsaitinin olması barədə saxta arayışlar vermələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti