...

Cəlilabadda baş vermiş yol qəzası azyaşlı qızın ölümünə səbəb oldu

Hadisə Materials 25 İyun 2014 13:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İlkin İzzət/

Cəlilabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış azyaşlı qız ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 24-də saat 23 radələrində Cəlilabad rayonu Qarazəncir kəndinin ərazisində Bədirli kənd sakini Əsəd Quliyev idarə etdiyi "VAZ-21061" markalı avtomobillə yolu keçən Ocaqlı kənd sakini, azyaşlı Fatimə Məlikovanı vurub.

Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

Faktla əlaqədar BDYPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti