...

Lənkəranda quldurluq edən dəstənin 5 üzvü tutulub

Hadisə Materials 3 Sentyabr 2014 12:57 (UTC +04:00)
Lənkəranda quldurluq edən dəstənin 5 üzvü tutulub.
Lənkəranda quldurluq edən dəstənin 5 üzvü tutulub

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İlkin İzzət/

Lənkəranda quldurluq edən dəstənin 5 üzvü tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən avqustun 30-da Bəhruz Səmədovun 5550 manatının və mobil telefonunun Lənkəran şəhər sakinləri Bəhruz Musayev, Şəhriyar Əliyev, İbrahim Hüseynov, Aslan Əzimov, Cəmil Əhədli, Peyman Məmmədov tərəfindən alınması, habelə B.Musayevin və Ş.Əliyevin B.Səmədova zor tətbiq edib 540 manatını və 2 ədəd mobil telefonunu almaları da müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Əliyev, İ.Hüseynov, A.Əzimov, C.Əhədli və P.Məmmədov tutulublar.

Dəstənin digər üzvü Bəhruz Musayevin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti