...

Maşın oğrularından silah və narkotik də çıxdı

Hadisə Materials 16 Fevral 2015 16:00 (UTC +04:00)
Bakıda avtomobil oğurlamış şəxslərdən narkotik vasitə və tapança aşkar edilib.
Maşın oğrularından silah və narkotik də çıxdı

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir İlkin İzzət/

Bakıda avtomobil oğurlamış şəxslərdən narkotik vasitə və tapança aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhər Polis idarəsi 3-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 31-də Bayram Əliyevə məxsus "VAZ-2106" markalı avtomobili qaçırmış Göyçay rayon sakini Müşfiq Mikayılov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nurəddin Xəlilov tutulublar.

N.Xəlilovun üzərinə baxış zamanı "Revolver" tipli tapança, 2 ədəd patron və 10,157 qram heroin aşkar edilərək götürülüb.

Araşdırmalar zamanı onların avtomobili Ağdaş rayon sakini Zaur Əliyevə satmaq üçün vermələri müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Z.Əliyev də saxlanılıb və ondan 2,280 qram heroin götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti