...

Kazanda yanğın zamanı ölən azərbaycanlı qadının da şəxsiyyəti müəyyənləşib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 16 Mart 2015 12:56 (UTC +04:00)

İlk xəbər 11:13-də yayılıb

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir Səba Ağayeva/

Kazanda ticarət mərkəzində baş vermiş yanğın nəticəsində həlak olmuş Azərbaycan vətəndaşı 1995-ci il təvəllüdlü Paşayev Pərviz Telman oğlunun cənazəsi yaxınlarına verilib. Bu barədə Trend-ə Ümumrusiya Azərbaycanlıları Konqresinin Tatarıstan nümayəndəliyindən bildirilib.

Yaxın zamanlarda cənazə Azərbaycana göndəriləcək.

Nümayəndəlikdən qeyd edilib ki, hələlik yanğında həlak olan azərbaycanlı qadının şəxsiyyəti müəyyənləşdirilməyib. Onun Cəlilabad rayonundan olduğu bildirilir.

Yanğın zamanı xəsarət almış Azərbaycan vətəndaşı Tağıyev Salam Bəxtiyar oğlu xəstəxanadadır, onun vəziyyəti orta ağır qiymətləndirilir.

XXX

Ümumrusiya Azərbaycanlıları Konqresinin Tatarıstan nümayəndəliyindən daha sonra Trend-ə bildiriblər ki, yanğın zamanı ölən azərbaycanlı qadının kimliyi müəyyənləşib. Bu, 1961-ci ilin martın 22-də anadan olmuş Muxtarova Tamilla Hüsi qızıdır.

Onun cənazəsinin gün ərzində doğulduğu Cəlilabada rayonuna göndəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti