Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir İlkin İzzət/
Masallı rayonunda azyaşlı uşaq evdə baş vermiş yanğın nəticəsində ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 13-də Masallı rayonunun Yelağacı kəndində yaşayan Yalçın Abbasquliyevin evində yanğın baş verib.
Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, E.Abbasquliyevin 4 azyaşlı uşağı xəstəxanaya yerləşdirilib, onlardan biri orada ölüb.