...

Şahdağ Milli Parkında yanğın baş verib

Hadisə Materials 18 Avqust 2015 23:15 (UTC +04:00)
İsmayıllıda yanğın hadisəsi qeydə alınıb.
Şahdağ Milli Parkında yanğın baş verib

Azərbaycan, Bakı, 18 avqust /Trend/

İsmayıllıda yanğın hadisəsi qeydə alınıb. Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, İsmayıllı rayonu, Tircan kəndində (rayon mərkəzindən 38 km aralı) Şahdağ Milli Parkına məxsus ərazidə 4 ha sahədə ağaclar və kol-kos yanıb.

Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti