...

Paytaxtda ödəmə terminalını soyan şəxş saxlanılıb

Hadisə Materials 30 Oktyabr 2015 13:07 (UTC +04:00)
Bakıda ödəmə terminalından pul oğurlayan şəxs tutulub.
Paytaxtda ödəmə terminalını soyan şəxş saxlanılıb

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir Elmir Murad/

Bakıda ödəmə terminalından pul oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə daxil olan məlumata görə, Xocalı prospektində quraşdırılmış "Milli Ön" ödəmə terminalından 1100 manat oğurlamış Bakı şəhər sakini Andrey Pavlenko yaxalanıb.

A.Pavlenko Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Xətai Rayon Polis İdarəsi 37-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti