...

Zərdabda 4 tondan çox çətənə kolları məhv edilib

Hadisə Materials 11 İyun 2016 14:50 (UTC +04:00)
Zərdabda yabanı halda bitmiş çətənə kolları məhv edilib.
Zərdabda 4 tondan çox çətənə kolları məhv edilib

Bakı. Trend:

Zərdabda yabanı halda bitmiş çətənə kolları məhv edilib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, Zərdab rayon Polis şöbəsi əməkdaşları tərəfindən Bıçaqçı kəndi ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 4 ton 273 kiloqram olan 3787 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Bundan başqa, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşları tərəfindən şəhər ərazisində yabanı halda bitmiş 101 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti