...

Zaqatalada 2 nəfər evdə ölü tapıldı

Hadisə Materials 30 Oktyabr 2016 21:50 (UTC +04:00)
Zaqatalada iki nəfər müəmmalı şəkildə dünyasını dəyişib
Zaqatalada 2 nəfər evdə ölü tapıldı

Bakı. Trend:

Zaqatalada iki nəfər müəmmalı şəkildə dünyasını dəyişib.

Trend "ARB Şəki"-yə istinadən xəbər verir ki, Zaqatala şəhər sakinləri 1974-cü il təvəllüdlü Talıbov Ömər Saleh oğlu və 1955-ci il təvəllüdlü Adbullayev Adil Nadir oğlu sonuncuya məxsus Afər Mütəllibov küçəsi ev 2 ünvanında yerləşən evdə ölmüş şəkildə aşkar edilib.

İlkin ehtimallara görə ölümə səbəb qida zəhərlənməsi olub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti