Bakı. Trend:
Lənkəran sakininin evində çətənə kolları əkdiyi aşkar edilib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən şəhər sakini Zaur Şükürovun evinə baxış zamanı 8 ədəd dibçəkdə əkilmiş çətənə kolları aşkar edilərək götürülüb.