...

Sabirabad və Masallı sakinlərindən sənədsiz ov tüfəngləri götürülüb

Hadisə Materials 3 Fevral 2018 16:59 (UTC +04:00)
Müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.
Sabirabad və Masallı sakinlərindən sənədsiz ov tüfəngləri götürülüb

Bakı. Trend:

Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zalqarağac kənd sakinləri İsmayıl Baxşəliyevin və Pərvər Məmmədovun yaşadıqları evlərə baxış zamanı müvafiq sənədləri olmayan “Tula” və “TОZ-16” markalı ov tüfəngləri götürülüb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bundan başqa NBPİ–nin əməkdaşları tərəfindən Masallı rayon sakini Tarverdi Tağıyevdən də müvafiq sənədləri olmayan nömrəsi silinmiş “İJ-58” markalı ov tüfəngi götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti