...

Rusiyada avtobus yük maşını ilə toqquşdu, ölənlər var

Hadisə Materials 25 Fevral 2018 11:01 (UTC +04:00)
Rusiyanın Voronej vilayətində sərnişin avtobusu yük maşını ilə toqquşub
Rusiyada avtobus yük maşını ilə toqquşdu, ölənlər var

Bakı. Trend:

Rusiyanın Voronej vilayətində sərnişin avtobusu yük maşını ilə toqquşub.

Trend-in “Ria Novosti”yə istinadla verdiyi xəbərə görə, yol nəqliyyat hadisəsi Bobrovsk rayonunda gecə saat 2 radələrində qeydə alınıb.

Qəza nəticəsində 4 nəfərin həlak olduğu bildirilir. “Nalçik-Moskva” marşrutu ilə hərəkər edən avtobusda 20 sərnişin olub.

Hadisənin səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti