Bakı. Trend:
Sumqayıtda içərisində avtomobil olan qaraj yanıb.
FHN-dən Trend-ə verilən məlumata görə, avtomobil təmiri sexində ümumi sahəsi 32 kv.m olan qarajın yanar konstruksiyaları və içərisində olan “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.