...

DİN Gədəbəydə törədilən qətllə bağlı məlumat yayıb

Hadisə Materials 10 İyul 2018 12:56 (UTC +04:00)
Gədəbəydə törədilən qətlin təfərrüatları məlum olub
DİN Gədəbəydə törədilən qətllə bağlı məlumat yayıb

Bakı. Trend:

İyulun 6-da Gədəbəy rayonunda Cəyir çayının Günəş kəndinin ərazidindən keçən hissəsində Ərtəpə kənd sakini, iyulun 2-dən itkin düşmüş Emin Bədəlovun üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması ilə əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

DİN-dən Trend-ə verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Bədəlovu küt alətlə qətlə yetirməkdə şübhəli bilinən Söyüdlü kənd sakini Zakir İsgəndərov saxlanılaraq istintaqa təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti